Türkiyədə xaricilərə mənzil satışı rekord həddə çatıb

Türkiyədə xaricilərə mənzil satışı rekord həddə çatıb Əcnəbilər təkcə mayda Türkiyədə 2 min mənzil alıb
İnfrastruktur
24 İyun , 2015 18:23
Türkiyədə xaricilərə mənzil satışı rekord həddə çatıb

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə mənzil satışı may ayında əvvəlki ilin eyni dövrünə nisbətən 19,4% artaraq 107 888 ədəd olduğu bir vaxtda xaricilərə mənzil satışı rekord həddə çatıb.

"Report"un verdiyi xəbərə görə, mayda xaricilərə 1 982 mənzil satışı həyata keçirilib ki, bu da indiyədək qeydə alınan maksimal aylıq satış göstəricisidir. Statistikaya əsasən, xaricilərə mənzil satışında keçən ilin eyni ayı ilə müqayisədə 21,3% artım olub.

May ayında xaricilərə mənzil satışında ilk yeri İstanbul (636 mənzil), sonrakı yerləri Antalya (546), Bursa (128), Yalova (104), Trabzon (90) və Aydın (11) tutub.

Eyni zamanda, Trabzon 125%-lə xaricilərə mənzil satışında ən çox artım müşahidə olunduğu şəhər olub. Sonrakı yerlərdə Muğla (36,2%), Aydın (23,3%) qərarlaşıb.

Ümumiyyətlə, bu ilin yanvar-may ayları ərzində xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrünə nisbətən 19% artaraq 8 097 ədəd təşkil edib. Bu sahədə çalışanların fikrincə, artıma xaricilərin tələblərinə cavab verən evlərin inşası və dolların bahalaşması amilləri təsir edir.

Bildirək ki, bu ilin əvvəlində Türkiyədə dolların məzənnəsi 2,34 TL olduğu halda, son parlament seçkilərindən sonra 2,80 TL-ni keçdikdən sonra dünən 2,67 TL-ə qədər geriləyib.

Son xəbərlər

Orphus sistemi