​Türkiyədə Qardaşlaşmış Limanların II iclasının keçirilmə tarixi müzakirə edilib

​Türkiyədə Qardaşlaşmış Limanların II iclasının keçirilmə tarixi müzakirə edilib Danışıqlar Nəqliyyatın İnkişafı üzrə işçi qrupun iclasında baş tutub
İnfrastruktur
15 İyul , 2015 12:50
​Türkiyədə Qardaşlaşmış Limanların II iclasının keçirilmə tarixi müzakirə edilib

Bakı. 15 iyul. REPORT.AZ/ İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Nəqliyyatın İnkişafı üzrə işçi qrupunun VII iclası keçirilib. Nəqliyyat Nazirliyindən "Report"a daxil olan xəbərə görə, iclasın gündəliyinə Şərq-Qərb dəhlizi istiqamətində Şuraya üzv dövlətlər arasında multimodal daşımaların sürətləndirilməsi yollarının müzakirəsi, onların ərazilərində həyata keçirilən prioritet nəqliyyat layihələri və nəqliyyat sahəsində səmərəli əməkdaşlığa nail olmaq üçün perspektiv planlarla bağlı məsələlər daxil edilib.

İclas zamanı “Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında beynəlxalq kombinəedilmiş yük daşımaları haqqında Hökumətlərarası Saziş” layihəsinin ilkin mətninin razılaşdırılması, təşkilata üzv ölkələrin daşıyıcılarının qarşılaşdığı problemlərin müzakirəsi, Nəqliyyat Nazirlərinin üçüncü və Şura çərçivəsində imzalanmış anlaşma memorandumuna əsasən təsis edilən Qardaşlaşmış Limanların ikinci iclasının yerinin və tarixinin müəyyənləşdirilməsi, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyası – Avrasiya Nəqliyyat Bağlantıları üzrə ekspertlər qrupu ilə işçi qrupunun birgə iclasının keçirilməsi perspektivləri üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Müzakirələrdə Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edib.

Son xəbərlər

Orphus sistemi