Türkiyə və Azərbaycan müxtəlif çağırışlara qarşı birgə fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
"Türkiyə hər zaman Azərbaycanla əməkdaşlıq edib. İnanırıq ki, biz şəhərsalma sahəsində də səylərimizi birləşdirərək, məqsədlərimizə nail olacağıq", - deyə o qeyd edib.