"Turkish Airlines" daxili reyslərdə maska taxmaq tələbini ləğv edib

"Turkish Airlines" daxili reyslərdə maska taxmaq tələbini ləğv edib Bu gün “Turkish Airlines” aviaşirkətinin baş direktoru Bilal Ekşi daxili reyslərdə qoruyucu maskanın ​​taxılmasının məcburi qaydasının ləğv edildiyini açıqlayıb.
İnfrastruktur
30 May , 2022 09:50
Turkish Airlines daxili reyslərdə maska taxmaq tələbini ləğv edib

Bu gün “Turkish Airlines” aviaşirkətinin baş direktoru Bilal Ekşi daxili reyslərdə qoruyucu maskanın ​​taxılmasının məcburi qaydasının ləğv edildiyini açıqlayıb.

"Report"un məlumatına görə,bu barədə o, özünün "Twitter" səhifəsində "Turkish Airlines"ın daxili reyslərində maska taxmaq tələbinin ləğv olunması ilə bağlı suala müsbət cavab verib.

Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.

Qeyd edək ki, dünən Türkiyədə ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi