Bakı. 3 iyun. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) şirkəti Rumıniyanın "Tarom" milli aviaşirkətini almaq üçün danışıqlara başlayıb.
"Report"un "Milliyət"in rumın qəzetlərinə istinadən verdiyi xəbərə görə, son illərdə zərərlə işləyən və ən böyük ortağı Rumıniya dövləti olan "Tarom"un yaxın aylarda özəlləşdirilməsi planlaşdırılır. Qəzetlərin iddiasına əsasən, bu ortaqlıq iki ölkə prezidentinin görüşmələri çərçivəsində gündəmə gəlib. Bundan sonra THY-nın məsul şəxsləri paytaxt Buxarestə gedib və "Tarom"la görüşlər keçirib.
"Ancaq bir problem var ki, Türkiyə
Qeyd edək ki, Rumıniya aviaşirkətinin sərəncamında 23 təyyarə var və 53 istiqamətdə uçuş həyata keçirir. 2008-ci ildən zərərlə işləytən şirkət 2013-cü ildə 29,5 mln. avro itki ilə üzləşib.
Bununla yanaşı qeyd olunur ki, 2 min işçisi olan avaiaşirkətin 97,05%-i Rumıniya dövlətinin mülkiyyətindədir. Qalan hissələr isə Buxarest Hava Limanı (1,55%), Rumıniya Hava Yolları Mühafizə İdarəsi (1,31%) və "Societatea de Investitii Financiare Muntenia" şirkətinə (0,09%) məxsusdur.