Türk Hava Yolları pandemiyadan əvvəlki dövrə qayıdır 

Türk Hava Yolları pandemiyadan əvvəlki dövrə qayıdır  Türkiyənin milli aviadaşıyıcısı koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərdən birini aradan qaldırır
İnfrastruktur
1264
16 Dekabr , 2020 15:49
Türk Hava Yolları pandemiyadan əvvəlki dövrə qayıdır 

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (Turkish Airlines) koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərdən birini aradan qaldırır.

Bu barədə "Report" aviaşirkətin məlumatına istinadən xəbər verir.

Bildirilir ki, məhdudiyyətlərə əsasən, təyyarənin göyərtəsinə yüklərlə girmək qadağan idi: "Lakin yeni qərarla artıq sərnişinlər təyyarənin göyərtəsinə yenidən yüklərlə daxil olacaqlar".

Xatırladaq ki, "Türk Hava Yolları" şirkəti bu ilin III rübündə 946 milyon lirə (təxminən 123 milyon ABŞ dolları) zərər edib. Halbuki aviaşirkət ötən ilin eyni dövründən 3,7 milyard lirə (482 milyon ABŞ dolları) mənfəətlə çıxmışdı.

"Türk Hava Yolları" hazırda dünyanın 227 nöqtəsinə uçuş həyata keçirir.

Son xəbərlər

Orphus sistemi