​“Türk Hava Yolları”nın bu il 422 mln. dollar itkisi olub

​“Türk Hava Yolları”nın bu il 422 mln. dollar itkisi olub Ötən ilin eyni dövründə aviaşirkətin xalis mənfəəti 373 mln. lirə təşkil edib
İnfrastruktur
10 May , 2016 18:56
​“Türk Hava Yolları”nın bu il 422 mln. dollar itkisi olub

Bakı. 10 may. REPORT.AZ/ “Türk Hava Yolları” aviaşirkəti birinci rübün yekunlarının hesabatını açıqlayıb.

Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hesabata görə, aviaşirkət bu dövr ərzində 1,24 mlrd. türk lirəsi (422 mln. dollar) məbləğində ziyan edib.

Aviaşirkət bu ilin ilk üç ayı ərzində 1999-cu ildəki rüblük göstəricidən daha çox zərərlə üzləşib. Şirkətin bəyanatında bildirilib ki, ötən ilin eyni dövründə aviaşirkətin xalis mənfəəti 373 mln. lirə təşkil edib.

Şirkətin maliyyə itkiləri qonşu İraq və Suriyada müharibələr, eyni zamanda İstanbul və Ankarada baş verən terror aktları fonunda turizm sahəsində tələbatın düşməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, bu ilin aprel ayında “Türk Hava Yollarının” qiymətli kağızlarının dəyəri beş aylıq minimuma düşüb, hərracların həcmi 145 mln. səhmə çatıb. Aprelin 20-də Borsa Istanbul 100 Index birjasında aviaşirkətin səhmləri 6,8% azalıb. Ertəsi gün isə səhmlər birjanın bağlanışındakı qiymətlərlə müqayisədə 1,14% ucuz satılıb.

Son xəbərlər

Orphus sistemi