"Türk Hava Yolları" 220 reysini təxirə salıb

"Türk Hava Yolları" 220 reysini təxirə salıb Buna səbəb kimi pis hava şəraiti göstərilib
İnfrastruktur
30 Dekabr , 2016 14:22
Türk Hava Yolları 220 reysini təxirə salıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti pis hava şəraiti ilə əlaqədar olaraq bir neçə istiqamət üzrə reyslərini təxirə salıb.

“Report” xəbər verir ki, “Atatürk” və “Sabiha Gökçen” hava limanlarında gözlənilən meteoroloji hadisə (qar, şaxta, güclü külək) səbəbindən şirkətin bu gün və sabaha (dekabrın 30-31-də) planlaşdırılan 220 reysi yerinə yetirilməyəcək.

THY sərnişinlərdən səyahətə çıxmazdan əvvəl uçuşların son vəziyyəti ilə bağlı məlumatları şirkətin çağrı mərkəzlərindən öyrənmələrini tələb edir.

Son xəbərlər

Orphus sistemi