TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi inkişaf etdirilir

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi inkişaf etdirilir TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) videokonfrans şəkilində növbəti iclası keçirilib.
İnfrastruktur
597
27 Avqust , 2020 11:30
TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi inkişaf etdirilir

TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) videokonfrans şəkilində növbəti iclası keçirilib.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-yə istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə Azərbaycan tərəfdən  səhmdar cəmiyyətinin sədr müavini İqbal Hüseynov, qurumun digər törəmə müəssisəsi “ADY Container” MMC, eləcə də "ADY Express”in rəhbərləri iştirak ediblər.

Videokonfrans zamanı, “Azərbaycan Dəmir Yolları”və “Qazaxıstan Temir Jolı” SC-nin birgə təşəbbüsü olan, TBND-də rəqəmsal dəhlizin yaradılması, marşrutda yüklərin nəqli zamanı kağızsız sənəd dövrüyyəsi ilə bağlı gerçəkləşdirilən pilot layihəsinin fəaliyyətinə dair hesabat dinlənilib.

Beynəxalq rəqəmsal dəhlizinin yaradılması ilə bağlı ümumi konsepsiyanın işlənilərək, TBND-nin ümumi iclasında qəbul olunması dair qərar qəbul edilib.

Bundan başqa, TBND-də birgə müəssisənin yaradılmasına dair tapşırığın yerinə yetirilməsi məsələsinə baxılıb və 2020-ci ilin ilk 7 ayı ərzində Aktau-Bakı-Aktau marşrutu üzrə xidmət göstərən fider xəttinin fəaliyyəti haqqında “Kazmortransflot” şirkətinin hesabatı dinlənilib. İclasda eyni zamanda, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizində 2020-ci ilin axırına qədər qüvvədə olacaq kömür və kokc yüklərinin vaqonla daşınmasına dair tariflər müyyən edilib. Cari məsələlərlə yanaşı, TBND ilə TRACECA dəhlizi arasında əməkdaşlıq haqqında memorandum da müzakirə edilib. Sonda iclasın yekununa dair protokol qəbul olunaraq imzalanıb.

Orphus sistemi