TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 27 % artıb

TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 27 % artıb Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 42 424,6 min ton, yük dövriyyəsi isə 10 518,6 milyon ton-km olub.
İnfrastruktur
14 dekabr 2022 13:15
TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 27 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 42 424,6 min ton, yük dövriyyəsi isə 10 518,6 milyon ton-km olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,9 %32,6 % çoxdur.

10 ay ərzində yüklərin 22 918,6 min tonu və yaxud 54 %-i avtomobil nəqliyyatı, 13 896,2 min tonu və ya 32,8 %-i dəmir yolu nəqliyyatı, 5 609,8 min tonu və yaxud 13,2 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,1 %-ni və yaxud 11 498,4 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi