TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 22%-dən çox azalıb

TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 22%-dən çox azalıb Yüklərin 56,3%-i avtomobil nəqliyyatı ilə daşınıb.
İnfrastruktur
771
16 Oktyabr , 2020 13:52
TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 22%-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27 mln 170,5 min ton, yük dövriyyәsi isә 6 mlrd 269,1 mln ton/km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 mln 706,1 min ton və yaxud 22,09% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 1 mlrd 076,1 mln ton/km və yaxud 14,65% azalıb.

Hesabat dövründə yüklərin 15 mln 287,4 min tonu və yaxud 56,3%-i avtomobil nəqliyyatı, 8 mln 554,7 min tonu və ya 31,5%-i dəmir yolu nəqliyyatı, 3 mln 328,4 min tonu və yaxud 12,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2%-ni və yaxud 5,5 mln tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 116,1 min ton və yaxud 2,15% çoxdur.

Son xəbərlər

Orphus sistemi