Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4,069 mln. ton təşkil edib.
“Report”
Hesabat dövründə dəhlizin Azərbaycan hissəsində daşınmış yüklərin dövriyyəsi isə 828 mln. ton-km olub ki, bu da illik müqayisədə 55 mln. ton-km və yaxud 6,3% azdır.
Yüklərin 2,685 mln. tonu və yaxud 66%-i avtomobil nəqliyyatı, 958 min tonu və yaxud 23,5%-i dəmir yolu nəqliyyatı, 426 min tonu və yaxud 10,5%-i isə dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,5%-ni və yaxud 591 min tonunu tranzit yüklər təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 198 min ton və yaxud 25,1% azdır.