Azərbaycanın 51 rayonunda torpaqların elektron kadastr uçotu başa çatıb

Azərbaycanın 51 rayonunda torpaqların elektron kadastr uçotu başa çatıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 15 iyul 2021-ci il tarixli fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud u
İnfrastruktur
111
29 Sentyabr , 2021 16:38
Azərbaycanın 51 rayonunda torpaqların elektron kadastr uçotu başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 15 iyul 2021-ci il tarixli fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işlərini fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq 5 ay müddətində başa çatdırıcaq.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Xidmət torpaqların elektron kadastr uçotu işini 51 rayon üzrə yekunlaşdırıb. Onlardan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb. 47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.

Görülən işlər zamanı ilk növbədə sənədlərdəki məkan göstəriciləri ilə istifadədə olan faktiki göstəriciləri uyğun olmayan pay torpaqları dəqiqləşdirilir. Onlarla bağlı qarşıya çıxan problemlər torpağın yerləşdiyi ərazidə araşdırılaraq uyğunsuzluqlar aradan qaldırılır. Ərazi vahidi üzrə layihələr hazırlanıb kağız variantda müvafiq icra nümayəndəliyi və bələdiyyələrlə razılaşdırılır, dürüstləşdirilmiş məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilir.

17 rayonda islahat zamanı pay torpaq sahələrinin sənədlərdəki məkan göstəricisi ilə faktiki istifadə göstəricisi arasında fərq olan ərazilərin mülkiyyətçilərinin siyahısı dəqiqləşdirilərək onlardan yeni sənədlərin hazırlanması üçün dürüstləşmə işlərinin aparılmasına razılıq alınıb. 12 rayonda çöl-ölçmə işləri tamamlanıb, hazırda kameral işlər aparılır. 8 rayonda isə çöl-ölçmə işləri davam etdirilir.

Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə, qeydiyyat məsələlərində problemə səbəb olurdu. Bu iş çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.

Torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri çərçivəsində pay torpaqlarının koordinatları, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazinin sahəsi dəqiqləşir.

Son xəbərlər

Orphus sistemi