Samir Nuriyev: "Ekspertizası tələb olunan obyektlərin tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələr veriləcək"

Samir Nuriyev: "Ekspertizası tələb olunan obyektlərin tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələr veriləcək" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi vasitəsi ilə onlarla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib.
İnfrastruktur
3 May , 2019 18:41
Samir Nuriyev: Ekspertizası tələb olunan obyektlərin tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələr veriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi vasitəsi ilə onlarla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mayın 3-də keçirilən 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

"Ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanını tam şəkildə icra etmək məqsədilə Komitə tərəfindən işlər davam etdirilir. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur. Ötən müddət ərzində Komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilmiş, habelə mərhələli şəkildə respublikanın rayonlarının Baş memarları ilə görüşlər təşkil olunmuşdur. Maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin ekspertizası tələb olunan obyeklərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır", - deyə S.Nuriyev qeyd edib. 

Samir Nuriyev vurğulayıb ki, bu fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanıb. Bu elektron sistem geniş ictimaiyyətə və iş adamlarına təqdim olunaraq fevralın 21-də istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi