Təyyarələrin oturacaqlarının dəyişdirilməsi üçün yeni təkliflər irəli sürülüb

Təyyarələrin oturacaqlarının dəyişdirilməsi üçün yeni təkliflər irəli sürülüb Koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra bir sıra sahələrdə olduğu kimi, təyyarə oturacaqlarında dəyişikliklər edilməsi nəzərdə tutulub. Xüsusən də “ekonom sinif”ə daxil olan oturacaqlarda müəyyən dəyişikliklərin edilməsi təklif edilib. İlkin müzakirələrdə sosial məsafənin qorunması üçün adıçəkilən sinifdə orta sırada olan oturacaqların ləğv edilməsi gündəmə gətirilib.
İnfrastruktur
27 aprel 2020 13:06
Təyyarələrin oturacaqlarının dəyişdirilməsi üçün yeni təkliflər irəli sürülüb

Koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra bir sıra sahələrdə olduğu kimi, təyyarə oturacaqlarında dəyişikliklər edilməsi nəzərdə tutulub. Xüsusən də “ekonom sinif”ə daxil olan oturacaqlarda müəyyən dəyişikliklərin edilməsi təklif edilib. İlkin müzakirələrdə sosial məsafənin qorunması üçün adıçəkilən sinifdə orta sırada olan oturacaqların ləğv edilməsi gündəmə gətirilib.

“Report” xəbər verir ki, İtaliyanın məşhur “Aviointeriors” dizayn şirkəti də bu məqsədlə iki fərqli layihə hazırlayıb.

Qədim Roma tanrısı olan “Janus”un adı verilən yeni oturacaq elə həmin tanrı kimi iki üzlüdür və gigiyenik baxımdan təhlükəsiz və asan təmizlənən materialdan hazırlanıb.

Bundan əlavə, hər oturacaq qonşu oturacaqlardakılar arasında "nəfəs yayılmasının" qarşısını almaq üçün "şəffaf materialdan hazırlanmış" “Glassafe” adlanan üç tərəfli qalxanla möhkəmlənib. Bu oturacaqların bütün salonu doldurulmasının mümkün olub-olmaması ilə bağlı bilgi verilmir. Amma o da məlumdur ki, yeni oturacaqlar digərlərindən 7 düyüm (18 sm) daha çox yer tutur. Bu səbəbdən də təxliyənin zəruriliyi nəzərə alınaraq təyyarələrdə olan qəza çıxışlarında belə bir oturacaqların qoyulmasının mümkünsüz olduğunu qeyd edilir.

“Yanus” oturacaqları mövcud kabinələrin əsaslı təmir olunmasını tələb etsə də “Glassafe” istənilən standart oturacağa quraşdırıla bilər.

Onu da qeyd etmək lazımdır ki, bu oturacaqlar da mövcud sosial məsafənin saxlanması üçün tələb olunan 2 metr, yaxud 6 fut məsafəni təmin etmir. Lakin qalxan bir-birinə yaxın oturmuş sərnişinlərin virusa yoluxma imkanlarını azaldaraq onlar arasında təhlükəsiz baryer yaradır.

“Aviointeriors” rəsmiləri CNN-ə açıqlamalarında artıq aviaşirkətlərin hər iki dizayna maraq göstərdiyini və dizaynerlərin “Janus" ve "Glassafe" adlı prototiplər hazırladıqlarını qeyd ediblər. Bütün prosesləri bitdikdən sonra avia tənzimləyicilər tərəfindən təsdiqlənməlidir. Şirkət bütün bu proseslərin 8-11 ay ərzində davam edə biləcəyini də açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi