“Təmiz Şəhər”in Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

“Təmiz Şəhər”in Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib Prezident İlham Əliyevin 21 sentyabr 2021-ci il tarixli sərəncamı ilə yenidən formalaşdırılmış “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının (MŞ) ilk iclası keçirilib.
İnfrastruktur
226
27 Oktyabr , 2021 18:03
“Təmiz Şəhər”in Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
0 : 00
0 : 00

Prezident İlham Əliyevin 21 sentyabr 2021-ci il tarixli sərəncamı ilə yenidən formalaşdırılmış “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının (MŞ) ilk iclası keçirilib.

“Report” bu barədə Azərbaycan İnvestisiya Holdinqinə (Holdinq) istinadən xəbər verir.

Məlumata görə, iclas Şuranın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə baş tutub.

İclasda MŞ-nın digər üzvləri, “Təmiz Şəhər”in İdarə Heyətinin sədri və digər üzvləri iştirak ediblər.

İclasda ölkə prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “Təmiz Şəhər” in korporativ idarəetmə sisteminin prinsipləri, MŞ-nın fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Holdinqin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi