Təhsil Nazirliyinin Təsərüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi digər malların alınması (1), eləcə də yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, hər 2 tenderin qalibi “Simplex” QSC-dir.
Qalib şirkətə ümumilikdə 10,388 milyon manat ödəniləcək.