Tbilisidə region ölklələri arasında gömrük işinin təkmilləşdirilməsi müzakirə olunub - FOTO

Tbilisidə region ölklələri arasında gömrük işinin təkmilləşdirilməsi müzakirə olunub - FOTO Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib
İnfrastruktur
26 Yanvar , 2017 14:49
Tbilisidə region ölklələri arasında gömrük işinin təkmilləşdirilməsi müzakirə olunub - FOTO

Tbilisi. 26 yanvar. REPORT.AZ/ Tbilisidə “Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təbirdə Dünya Gömrük Təşkilatından, Azərbaycan, Gürcüstan, Türkiyə, Moldova, Ukrayna və İtaliyadan 180-dək nümayəndə iştirak edib.

Konfransda Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili, Gürcüstan Dövlət Gəlirləri Xidmətinin rəisi Qiorqi Tabuaşvili, həmçinin Azərbaycan, Ukrayna, Türkiyə və digər ölkələrin gömrük administrasiyalarının məsul işçiləri çıxış edib, gömrük işinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, gömrük orqanlarının beynəlxalq terrorizm, silah qaçaqmalçılığı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə əməkdaşlığı çox böyük faydalar gətirir.

Konfransda gömrük nəzarəti sistemlərinin təkmilləşdirilməsi, gömrük orqanları işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlıq, informasiya, təcrübə mübadiləsi və s məsələlər geniş müzakirə olunub.

Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib.

Türkiyənin Gömrük və Ticarət nazirinin müavini Fatih Çiftci jurnalistlərə müsahibəsində deyib ki, bu konfrans, Dünya Gömrük Təşkilatına üzv ölkələr arasında əlaqələrin inkişafında, gömrük orqanlarının işinin səmərəsinin artırılmasında, eləcə də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstan gömrükçüləri arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Bu cür görüşlərdə müzakirə olunan məsələlər ticarət əlaqələrinin genişlənməsində də əhəmiyyətə malikdir.

Azərbaycan-Gürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinin Gürcüstan tərəfindən rəis müavini Qeorqi Lomidze bildirib ki, bu tədbir gömrük sahəsində əməkdaşlığın inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi