Tbilisidə Qədim İpək Yoluna həsr olunmuş forum keçirilir

Tbilisidə Qədim İpək Yoluna həsr olunmuş forum keçirilir Forumda Azərbaycan da daxil olmaqla 30 ölkə iştirak edir
İnfrastruktur
15 Oktyabr , 2015 18:53
Tbilisidə Qədim İpək Yoluna həsr olunmuş forum keçirilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Tbilisidə Qədim İpək Yoluna həsr olunmuş forum keçirilir. İki gün davam edəcək forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının rəhbərləri iştirak edirlər.

"Report"un “Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, ümumilikdə forumda 1 000-ə yaxın qonaq iştirak edir.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu forumun Gürcüstan üçün mühüm hadisə olduğunu vurğulayıb və forumu açıq elan edib. Forum çərçivəsində bir neçə panel iclaslar keçirilir.

Forumda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində Azərbaycanın aktiv iştirakından, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi baxımından İpək Yolunun ölkə üçün vacibliyindən, Azərbaycan və Gürcüstan arasında birgə tarif siyasətindən bəhs edib.

Bu iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər” mövzularında diskussiyalar aparılıb.

Son xəbərlər

Orphus sistemi