Tbilisidə Böyük İpək yolunun inkişafı müzakirə olunacaq

Tbilisidə Böyük İpək yolunun inkişafı müzakirə olunacaq Tbilisi. 20 noyabr. REPORT.AZ/ Tbilisidə keçiriləcək İkinci İpək yolu beynəlxalq konfransında 50 ölkədən mindən çox numayəndə iştirak edəcək.
İnfrastruktur
20 Noyabr , 2017 11:44
Tbilisidə Böyük İpək yolunun inkişafı müzakirə olunacaq
Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze / Report

Tbilisi. 20 noyabr. REPORT.AZ/ Tbilisidə keçiriləcək "İkinci İpək yolu" beynəlxalq konfransında 50 ölkədən mindən çox numayəndə iştirak edəcək.

"Report"un Gürcüstan burosu xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze noyabrın 20-də keçirdiyi brifinqdə söyləyib.

Nazir müavini deyib ki, konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın bas nazirləri və Sloveniyanın baş nazirinin müavininin iştirakı da gözlənilir. Onun sözlərinə görə konfransda Böyük İpək yolunun inkişafı, reginal təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq. Forumun əsas məqsədi Avropa ilə Asiya arasında, xususən də istirakçı ölkələr arasında mədəni, iqtisadi, ticarət əlaqələrini genişləndirmək, investisiya imkanları barədə müzakirələr aparmaqdır. Forumda elektron ticarət məsələri də əsas.muzakirə movzularından olacaq. Forumun açılışında Gurcüstanın baş naziri, bir çox ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələri çıxış edəcəklər. Rəsmi hissədən sonra forum öz işini panel iclaslarda davam etdirəcək.

"Report"un yerli bürosunun sualını cavablandırarkən G.Arveladze tədbirdə Azərbaycan nümayəndə heyətiin də iştirak edəcəyini bildirib: "Azərbaycan nümayəndə heyətinin də istirak edəcəyi tədbirdə bizim ölkələrimizin iştirakı ilə həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq".

Son xəbərlər

Orphus sistemi