Taleh Ziyadov: "Orta Dəhliz yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq"

Taleh Ziyadov: "Orta Dəhliz yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq" Orta Dəhliz (Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq.
İnfrastruktur
25 Noyabr , 2022 21:54
Taleh Ziyadov: Orta Dəhliz yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq

Orta Dəhliz (Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yaxın 3-5 ilə ən maneəsiz və operativ dəhlizlərdən biri olacaq.

"Report" xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, fevraldan etibarən geosiyasi vəziyyət dəyişib və hətta bu gün də dəyişir:" Orta Dəhlizə maraq artıb. Şimal dəhlizindən istifadə etmək istəməyən şirkətlər Orta Dəhlizə yönəlirlər".

T. Ziyadov müzakirələrdə rəqabətlə bağlı məsələdən danışıb:" İnfrastruktur rəqabət üçün yaradılmır, istifadə edilmək üçün yaradılır. İnfrastrukturun nə qədər uğurlu olub-olmaması yaradılan biznes mühitindən aslıdır. Hətta fevraldan əvvəl biz başa düşdük ki, bizim dəhliz Rusiya dəhlizinə rəqib deyil. Koronavirus pandemiyası dövründə dəhlizlər fəaliyyət göstərmirdi. Lakin bizim dəhliz hətta koronavirus pandemiyası dövründə də çalışırdı. Pandemiya dövründə bizim dəhliz Mərkəzi Asiyaya əsas və yeganə qapı idi".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Xatırladaq ki, bu ilin martın 31-də Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi haqqında dördtərəfli bəyanat imzalayıb. Bəyanat əməkdaşlığın möhkəmlənməsinə və dəhlizin keçdiyi ölkələrin tranzit potensialının artırılmasına yönəlib.

Bəyanatda ölkələr arasında marşrutla bağlı əməkdaşlığın və Trans-Xəzər Nəqliyyat Dəhlizini beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün infrastrukturun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Əsas prioritetlərdən biri Avropa və Asiya arasında daşımalarda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəqabətədavamlılığının artırılması və bu xəttin buraxılış qabiliyyətinin yüksəldilməsi üzrə işlərin sürətləndirilməsidir.

Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanının cəlbediciliyini artır. Hazırda Bakı Limanı, gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir.

Son xəbərlər

Orphus sistemi