Tağıyev-Sumqayıt yolunun yenidən qurulması yekunlaşıb

Tağıyev-Sumqayıt yolunun yenidən qurulması yekunlaşıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 13,7 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi istiqamətində apardığı tikinti işlərini başa çatdırıb.
İnfrastruktur
30 Noyabr , 2022 16:29
Tağıyev-Sumqayıt yolunun yenidən qurulması yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən respublika əhəmiyyətli avtomobil yolunun 13,7 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi istiqamətində işləri başa çatdırıb.

“Report” Agentliyə istinadən xəbər verir ki, tikinti işləri nəticəsində yolun eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə çatdırılıb.

Mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayrıcı betonlar düzülüb. Bundan başqa, geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsinin daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri də aparılıb. Layihə üzrə yolun 8-ci kilometrində layihələndirilən bir aşırımlı körpünün tikintisi də yekunlaşıb. Yolun 3,8-ci kilometrində uzunluğu 30, eni isə 3,5 metr olan yerüstü piyada keçidi tikilib.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi