Taciksitanın Nəqliyyat Nazirliyi yerli sürücüləri Azərbaycan ərazisindən istifadə etməyi tövsiyə edib

Taciksitanın Nəqliyyat Nazirliyi yerli sürücüləri Azərbaycan ərazisindən istifadə etməyi tövsiyə edib Bakı. 3 sentyabr. REPORT.AZ/ Taciksitanın Nəqliyyat Nazirliyi yerli sürücülərə müraciət edib.
İnfrastruktur
3 Sentyabr , 2018 14:32
Taciksitanın Nəqliyyat Nazirliyi yerli sürücüləri Azərbaycan ərazisindən istifadə etməyi tövsiyə edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Taciksitanın Nəqliyyat Nazirliyi yerli sürücülərə müraciət edib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qurum yaydığı bəyanatda avtomobil sahiblərinə Azərbaycan ərazisindən istifadə etməyi tövsiyyə edib. 

Buna səbəb Türkmənistanla sərhəddəki keçid məntəqələrində yaranmış problemdir. Rəsmi Düşənbə Aşqabada bununla bağlı sorğu göndərsə də, hələ də cavab almayıb. Odur ki, tacik sürücülərə ölkəyə daxil olmaq üçün Türkmənistanın əvəzinə Azərbaycan və İran, eləcə də Rusiya, Qazaxıstan və Özbəkistan ərazilərindən istifadə etmək tövsiyyə olunub. 

"Bir həftədən çoxdur ki, Türkmənistanla sərhəddə qalmış sürücülərin hansı səbəbdən ölkəyə daxil ola bilməməsinin səbəbi məlum deyil. Türkmən həmkarlarla telefon danışığı zamanı onlar bildiriblər ki, sərhəd-keçid məntəqəsində yaşanan sıxlığa görə, gün ərzində yalnız 30 yük maşını sərhəddən buraxa bilərlər", - deyə bəyanatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi