Şuşada salınacaq və bərpa ediləcək yolların həcmi açıqlandı

Şuşada salınacaq və bərpa ediləcək yolların həcmi açıqlandı Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq.
İnfrastruktur
311
30 Avqust , 2021 16:20
Şuşada salınacaq və bərpa ediləcək yolların həcmi açıqlandı

Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" səhifəsində qeyd edib.

Onun sözlərinə görə, Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılmış, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb:

“Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur. Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib”.

Son xəbərlər

Orphus sistemi