Sürüşmə zonasında yerləşən ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yaradılacaq.
"Report"un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, sürüşmə zonasında yerləşən ərazilərdə kanalizasiya sisteminin yaradılması məsələsinə əsas daşıyıcı kanalizasiya kollektorlarının inşası işlərindən sonra baxılması məqsədəuyğun hesab edilir.
Qeyd olunan ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin yaradılması məqsədilə işlərin icrası ayrılacaq maliyyə vəsaitinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək.