Sürücülər üçün çətin anlar yaşadan problem aradan qaldırıldı

Sürücülər üçün çətin anlar yaşadan problem aradan qaldırıldı Bakının Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.
İnfrastruktur
1058
13 May , 2020 13:33
Sürücülər üçün çətin anlar yaşadan problem aradan qaldırıldı
0 : 00
0 : 00

Bakının Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.

“Report” xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi yayıb.

Məlumata görə, məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir. Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi