Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını artırıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını artırıb MMC-nin nizamnamə kapitalı 301 mln 323 min 913 manata çatdırılıb
İnfrastruktur
120
30 Aprel , 2021 13:43
Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını artırıb

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STDC” MMC nizamnamə kapitalını 13 mln 004 min 659 manat, yaxud 4,5% artırıb.

“Report”un əldə etdiyi məlumata görə, şirkət kapitalı 288 mln 319 min 254 manatdan 301 mln 323 min 913 manata çatdırıb.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.

Son xəbərlər

Orphus sistemi