Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqqiqə gecikmə qeydə alınıb.
İnfrastruktur
13 Dekabr , 2023 09:14
Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.

Son xəbərlər

Orphus sistemi