Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək yolda hərəkət qismən məhdudlaşdırılacaq Bakı. 8 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidənrənglənməsi işləri aparılacaq.
İnfrastruktur
8 İyun , 2018 10:40
Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək yolda hərəkət qismən məhdudlaşdırılacaq
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidənrənglənməsi işləri aparılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumatda bildirilir.

Qeyd edilib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi