Su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq

Su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq Azərbaycanda "Kommunal xidmətlərə qoşulma indikatorları ilə bağlı 2022-2023-cü illəri əhatə edən Yol Xəritəsi" çərçivəsində su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq.
İnfrastruktur
29 Noyabr , 2022 15:49
Su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq

Azərbaycanda "Kommunal xidmətlərə qoşulma indikatorları ilə bağlı 2022-2023-cü illəri əhatə edən Yol Xəritəsi" çərçivəsində su təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 4 dəfə azaldılacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, bunun üçün səhmdar cəmiyyətində işçi qrupu yaradılıb, "vahid pəncərə" sisteminin tətbiqinə hazırlıq gedir: "Məqsəd su təchizatı sisteminə qoşulmada səmərəliliyin artırılması, vaxta qənaət edilməsidir. Yol Xəritəsini bu ay baş nazirin müavini Yaqub Eyyubov təsdiq edib. Bu sənəd çərçivəsində prosedur sayı 12-dən 3-ə düşəcək, prosesin icra müddəti 1 aya qədər azaldılacaq".

"Sahibkarlıq subyektləri, kiçik və orta bizneslə məşğul olan sahibkarların müraciətləri "vahid pəncərə"dən qəbul ediləcək. "ASAN Kommunal" və "ASAN Xidmət" mərkəzlərinə müraciət etməklə 1 ay müddətində ödəniş, eləcə də layihələrin hazırlanması və sahibkarlıq subyektinin su təchizatına qoşulması tam yekunlaşacaq. Bu da sahibkarların büdcəsinə qənaət olacaq və şəffaflığı artıracaq", - deyə E.Məmmədov əlavə edib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev isə jurnalistlərə açıqlamasında bildirib ki, 3 prosedurun icrası çərçivəsində özəl sektora müəyyən şərait yaradılacaq: "Sahibkarın seçimi önəmli olacaq. O, ya "Azərsu"yun xətti ilə, ya da özəl sektorun nümayəndəsinin xətti ilə xidmətə qoşulacaq. Bununld da rəqabət mühiti formalaşacaq. Biz bununla həm dövlət qurumlarına, həm də özəl sektora şərait yaradırıq ki, xidmət səviyyələri qiymətləndirilsin. Əhali hansı xidmətdən yararlanmaq istəsə onu da seçə biləcək".

Son xəbərlər

Orphus sistemi