“Su şəbəkəsinə qoşulma” üzrə matrisa sənədinin son variantı təqdim edilib

“Su şəbəkəsinə qoşulma” üzrə matrisa sənədinin son variantı təqdim edilib İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.
İnfrastruktur
10 Oktyabr , 2022 12:28
“Su şəbəkəsinə qoşulma” üzrə matrisa sənədinin son variantı təqdim edilib

İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

"Report" Mərkəzə istinadən xəbər verir ki, iclas “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda “Su şəbəkəsinə qoşulma” indikatoru üzrə hazırlanan matrisa sənədinin son variantının təqdimatı olub. E.Məmmədov bildirib ki, diaqnostika matrisasında təqdim olunan nümunəvi formaya uyğun ətraflı və əsaslandırılan məlumatlar, zəruri qanunvericilik sənədləri əksini tapıb.

Komissiyanın katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev hazırlanan matrisa sənədində əksini tapan tədbirlərin “Su şəbəkəsinə qoşulma” sahəsində təkmilləşdirilmələrə müsbət töhfə verəcəyini bildirib.

İclasda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddərdə və effektiv həyata keçirilməsi, eləcə də qurumlararası əlaqələrin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi