"Sovetski"də yeni yollar belə olacaq - VİDEO

"Sovetski"də yeni yollar belə olacaq - VİDEO Ərazidə 5 küçə yenidən qurulacaq
İnfrastruktur
2952
5 Avqust , 2016 15:24
Sovetskidə yeni yollar belə olacaq - VİDEO

Bakı. 5 avqust. REPORT.AZ/ Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməli qoyulub. Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. 

Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. 

Bu ərazidə  tikinti işlərini həyata keçirəcək “Azəravtoyol” ASC "Report"a “Sovetski”də 6,1 km-ə yaxın olan yenidən qurulacaq 5 küçənin 3D layihəsini təqdim edib. 

Son xəbərlər

Orphus sistemi