"Sovetski"də müasir yol infrastrukturu qurulur, parklar və yaşıllıqlar salınır

"Sovetski"də müasir yol infrastrukturu qurulur, parklar və yaşıllıqlar salınır Ümumilikdə 26 hektar ərazi abadlaşdırılır
İnfrastruktur
11 Mart , 2017 10:30
Sovetskidə müasir yol infrastrukturu qurulur, parklar və yaşıllıqlar salınır
http://www.azeravtoyol.gov.az

Bakı. 11 mart. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılmas işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

"Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındakı yollar ikizolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa edilir.

Ümumilikdə Balababa Məcidov küçəsində işlərin 80%-i yerinə yetirilib. Yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlaşdırılması başa çatdırılmaq üzrədir.

Hal-hazırda digər küçələrdə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi işləri uğurla aparılır.

Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34%, elektrik xətləri üzrə 53%, su-kanalizasiya xətləri üzrə 38%, rabitə xətləri üzrə isə 25% işlər aparılaraq yekunlaşdırılıb.

İndiyə qədər layihə üzrə 54 min kub.m qazma işləri (qaya tipli əhəng daşı), 9 min kub.m dolma işləri görülüb. Yollarda hamarlayıcı layın tikilməsi üçün 3 600 kub.m seçmə materialdan, yol əsasının tikintisi üçün 990 kub.m optimaltərkibli çınqıl qum qarışığından, yol örtüyün tikintisi üçün isə 1 741 ton asfalt-betondan istifadə edilib, 1 300 p/m yağış suları drenaj xətti çəkilib və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda cibliyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur", - deyə, ASC-nin məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi