"Son yağışlar su anbarlarındakı ehtiyatların həcmini artırıb"

"Son yağışlar su anbarlarındakı ehtiyatların həcmini artırıb" "Son günlər yağıntı suları nəticəsində  ölkənin su anbarlarında su ehtiyatlarının həcminin artmasına səbəb olur. Avqust ayında havanın dəyişməsi Şimal və Şimal Qərb bölgəsində mövcüd olan çaylarda bol sululuq müşahidə edilib”.
İnfrastruktur
985
24 Avqust , 2020 16:37
Son yağışlar su anbarlarındakı ehtiyatların həcmini artırıb
0 : 00
0 : 00

"Son günlər yağan yağışlar nəticəsində ölkənin şimal və şimal-qərb bölgələrindəki çaylarda bol sululuq müşahidə edilib, su anbarlarındakı ehtiyatların həcmi artıb".

Bunu “Report”a açıqlamasında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəsmisi Qulu Kərimov bildirib.

"O cümlədən Mingəçevir su anbarına axan Şin şayı, Balakənçay, Göyçay və Girdmançayda suyun səviyyəsi artıb. Şimal bölgəsinin çaylarının da suyunda 3-4 dəfə artım var. Əgər əvvəllər saniyədə 8 -10 kubmetr su axırdısa, bu günə bu rəqəm 40 kubmetrə çatıb. Əgər yağıntılar davamlı olsa, su anbarlarındakı ehtiyatların həcmi bir qədər də artar", - o qeyd edib. 

Xatırladaq ki, hazırda Azərbaycanda 135 sututar və su anbarı var. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş yeni Tədbirlər Planına əsasən isə daha 10 su anbarının (Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay, Zəyəmçay) yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi