“Azərsu” ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib

“Azərsu” ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib Bakı. 31 yanvar. REPORT.AZ/ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan “Su sayğacının işlək vəziyyətinin yoxlanılması (təmiri, dəyişdirilməsi və s.) üçün müraciətlərin qəbulu” xidməti Dövlət Xidmətləri Portalına daxil edilib.
İnfrastruktur
31 Yanvar , 2019 13:48
“Azərsu” ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib
Azərsu / Report

Bakı. 31 yanvar. REPORT.AZ/ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan “Su sayğacının işlək vəziyyətinin yoxlanılması (təmiri, dəyişdirilməsi və s.) üçün müraciətlərin qəbulu” xidməti Dövlət Xidmətləri Portalına daxil edilib.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, bu xidmət “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində, həmçinin yerli sukanal idarələrində göstərir: “Xidmətdən istifadə etmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini, müqavilə nömrəsi və ya abonent kodu təqdim etməlidirlər. Xidmət ödənişsizdir və sayğacın işlək vəziyyətinin yoxlanılması 15 iş günü müddətində həyata keçirilir”.

Bundan başqa, “Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "İtirilmiş və ya zədələnmiş smart tipli kartların bərpası" xidməti yaradıb. Dövlət Xidmətləri Portalına daxil edilmiş bu xidmət “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində, həmçinin yerli sukanal idarələrində göstərilir.

Xidmətdən istifadə etmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini, zədələnmiş smart kartı, smart sayğacın nömrəsini və ya abonent kodunu təqdim etməlidir. Xidmət müraciət edilən vaxt göstərilir və ödənişlidir. Abonentlər “Elektromed” markalı smart kartlar üçün 11 manat 50 qəpik, “Abşeron” markalı sayğacların kartları üçün 6 manat xidmət haqqı ödəyərək yeni kartlarla təmin olunurlar.

Son xəbərlər

Orphus sistemi