Azərbaycanın ​şimal rayonlarından gələn avtobuslar Bakıya gecikmə ilə çatırlar

Azərbaycanın ​şimal rayonlarından gələn avtobuslar Bakıya gecikmə ilə çatırlar Hazırda həmin istiqamətə gedən sürücülər Kürdəmir yolundan istifadə edirlər
İnfrastruktur
3 Yanvar , 2016 11:10
Azərbaycanın ​şimal rayonlarından gələn avtobuslar Bakıya gecikmə ilə çatırlar

Bakı. 3 yanvar. REPORT.AZ/ "Güclü qara və yolların buz bağlamasına görə Azərbaycanın bölgələrindən, xüsusən də şimal rayonlarından Bakıya gələn avtobuslar paytaxta qrafikdə nəzərdə tutulan vaxtdan gec çatırlar". 

Bunu "Report"a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

O qeyd edib ki, güclü qar Ağsu aşırımında müəyyən problemlər yaradıb və avtobus sürücülərinə həmin yolla getmək qadağan edilib. M.Abdullayevin sözlərinə görə, ölkənin şimal rayonlarına gedən avtobusların sürücüləri alternativ yolla hərəkət edirlər: "Hazırda həmin istiqamətə gedən sürücülər aşağı yoldan - Kürdəmir yolundan istifadə edirıər".

Avtovağzal rəsmisi deyib ki, paytaxtdan rayonlara gedən avtobuslar yanvarın 3-də nəzərdə tutulan qrafiklə yola salınırlar və  hazırda Bakı Beynəlxalq Avtovağzalında sıxlıq muşahidə edilmir. 

Qurum sözçüsü bayram günləri avtovağzalda müşahidə edilən sıxlıq və Lerik rayonuna gedən sərnişinlərin avtobus tapa bilməməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib: "Güclü qar yağdığına və yollarda hərəkət çətinləşdiyinə görə avtobusların rayonlardan Bakıya qayıtması gecikirdi. Ona görə də bayram vaxtı müəyyən yubanmalar olub. Lerik istiqamətinə gəlincə isə, həmin istiqamətə ümumiyyətlə reys həyata keçirmirik. Hənin rayona sərnişin daşıması ilə bəzi şəxslər məşğul olurlar. Bakı kəndlərində məskunlaşmış həmin şəxslərin sərnişindaşımağa icazələri yoxdur. Yəni onlar özləri qanunsuz sərnişindaşıma ilə məşğuldular. Bayram günlərində niyə işləmədiklərinin səbəblərini də bizə məlum deyil".

Son xəbərlər

Orphus sistemi