Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir Rusiya bu məsələ ilə bağlı Azərbaycan, İran və Hindistanla müzakirələr aparır
İnfrastruktur
19 Aprel , 2018 12:54
Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması təklif edilir

Bakı. 19 aprel. REPORT.AZ/ "Rusiya Dəmir Yolları" ASC Şimal-Cənub nəqliyyat dəhlizi üzrə logistika operatorunun yaradılması ilə bağlı Azərbaycan, İran və Hindistanla müzakirələr aparır. 

"Report" "İnterfaks" agentliyinə istinasən xəbər verir ki, bunu qurumun sədri müavini Aleksand Mişarin "TransRussia 2018" forumunda deyib.

"Belə bir operatora ehtiyacımız var. Ötən il vahid tarif müəyyənləşdirmişik, lakin bu, marşrutun inkişafı üçün kifayət deyil. Logistika operatorunun yaradılması məsələsi Rusiya-İran Hökumətlərarası Komissiyasının martda keçirilmiş iclasında da müzakirə edilib. Hazırda bu danışıqları Azərbaycan və İranla da aparırıq"- o qeyd edib. 

"Rusiya Dəmir Yolları" rəsmisinin sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün formalaşdırılıb: "Dəmir yolları İranın, Azərbaycanın və Rusiyanın dəmir yolu infrastrukturnu birləşdirəcək. Bu dəhlizin potensialını görürük".

Son xəbərlər

Orphus sistemi