Şimal-Cənub dəhlizi Hindistan və Skandinaviya ölkələri istiqamətində genişlənə bilər

Şimal-Cənub dəhlizi Hindistan və Skandinaviya ölkələri istiqamətində genişlənə bilər Söhbət marşrutla daşına bilən yüklərin yarandığı və təyinat nöqtəsi olan Hindistan və Skandinaviya ölkələrindən gedir
İnfrastruktur
7 Noyabr , 2017 10:54
Şimal-Cənub dəhlizi Hindistan və Skandinaviya ölkələri istiqamətində genişlənə bilər

Bakı. 7 noyabr. REPORT.AZ/ Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı gələcək görüşlərin təkcə bu marşrutun üzvləri olan ölkələrdə deyil, həm də dəhlizdə iştirak etməkdə maraqlı olan ölkələrdə keçirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbayca Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədr müavini İqbal Hüseynov deyib.

Onun sözlərinə görə, söhbət marşrutla daşına bilən yüklərin yarandığı və təyinat nöqtəsi olan Hindistan və Skandinaviya ölkələrindən gedir: “Qeyri-rəsmi görüşlərdə irəli sürülən ideyalardan biri odur ki, növbəti görüş Hindistanda keçirilsin. Bugünkü görüşdə əgər 4 ölkənin ekspertləri bu ideyanı dəstəkləsə, həmin məsələ yekun protokolda öz əksini tapacaq". 

Bu marşrutun işə düşməsi ilə daşınacaq yüklərin həcminə gəlincə İ.Hüseynov qeyd edib ki, ADY artıq Azərbaycann Astara stansiyasından Astaraçaya qədər, onun üzərindəki körpüdən keçməklə İran Astarasına qədər dəmir yolu xətti çəkib: "Hər iki stansiyada yüklərin qəbul edilməsi və yola salınması üçün əlavə yollar var. Stansiyalarda 4 terminalın quraşdırılması nəzərdə tutulub. Həmin terminalların biri konteynerlər, biri ümumi yüklər, biri neft məhsulları, biri isə taxıl məhsulları üçün inşa ediləcək. İlk terminalın açılışı bu ilin dekabr ayına gözlənilir və gələn ilə gözlədiyimiz yük həcmi 1,5-2 mln. tondur”. 

Qeyd edək ki, bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətində inkişafı üzrə işçi qrupunun dördtərəfli (Azərbaycan, Rusiya, Belarus, İran) görüşü başlayıb.

Son xəbərlər

Orphus sistemi