​"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinə torpaq sahələrinin kateqoriyası dəyişdirildikdən sonra başlanılacaq

​"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinə torpaq sahələrinin kateqoriyası dəyişdirildikdən sonra başlanılacaq Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib
İnfrastruktur
19 May , 2016 10:34
​Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinə torpaq sahələrinin kateqoriyası dəyişdirildikdən sonra başlanılacaq

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan hökuməti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

"Report"un xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın Astara rayonu ərazisindən keçən hissəsində İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin tikintisi altına düşən 50,44 hektar, o cümlədən dövlət mülkiyyətində olan 0,61 hektar torpaq sahəsinin istifadə hüququnu, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-yə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Sözügedən dəmir yolu xəttinin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunan qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılmasını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi