Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları 20 % artıb

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları 20 % artıb “Biz Rusiya ilə beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yaxından əməkdaşlıq edirik”.
İnfrastruktur
17 Noyabr , 2021 11:36
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları 20 % artıb
Rəhman Hümbətov

“Biz Rusiya ilə beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yaxından əməkdaşlıq edirik”.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.

“Ölkələrimiz arasında yükdaşımanın artması müsbət faktordur. Azərbaycanın nəqliyyat siyasəti infrastrukturun inkişafına və şaxələndirilməsinə, nəqliyyat imkanlarından istifadəyə hədələnib. Ölkədə həmçinin dəmir yolu infrastrukturunun modernizasiyası, nəqliyyat infrastrukturunun inkişafı, müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində, Xəzər dənizi regionunda multu modal tranzitin istifadəsi ilə bağlı üzrə tədbirlər görülür. Bununla yanaşı, Rusiya-Azərbaycan sərhədində - Samur çayı üzərindəki körpü Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Bu dəhlizdə bu il yükdaşıma ötən illə müqayisədə 20% artıb. Bu, dəhlizin böyük yük daşıma qabiliyyətinin olduğunu sübut edir”, - o qeyd edib.

Nazir müavini vurğulayıb ki, təmsil etdiyi quruma “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin konsepsiya sənədinin hazırlanması ilə bağlı göstəriş verilib: “Bu çərçivədə biz Rusiya şirkətləri ilə işləyə bilərik. Bu gün biz onlarla görüşlər keçirib, təklifləri ilə tanış olacağıq”.

Son xəbərlər

Orphus sistemi