Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan "Silk Way West Airlines" cargo.one platforması vasitəsilə onlayn bronlaşdırma xidmətlərini istifadəyə verdi, və bununla, müştəri xidmətlərini təkmilləşdirməkdə mühüm addım atdı.
Bu təşəbbüs qüsursuz bronlaşdırma təcrübəsini asanlaşdırmaqla yanaşı, "Silk Way West Airlines" şirkətinin innovasiyalara və müştəri yönümlü həllərə sadiqliyini nümayiş etdirir.
"Silk Way West Airlines" səmərəli hava yükdaşıma xidmətləri vasitəsilə dünya üzrə biznesləri birləşdirən geniş transkontinental şəbəkəni idarə edir. Cargo.one platformasını öz əməliyyatlarına əlavə etməklə, aviaşirkət bronlaşdırma proseslərini sadələşdirən və daşınma həcmini optimallaşdıran, nəticədə xərcləri azaldan və ümumi səmərəliliyi artıran rahat interfeys təklif edir. Platforma intuitiv bronlaşdırma təcrübəsi, artan səmərəlilik, qlobal əhatə dairəsinin genişləndirilməsi və bizneslərə müstəsna müştəri xidmətlərinin göstərilməsi kimi üstünlükləri ehtiva edir.
"Silk Way West Airlines"ın Prezidenti cənab Volfqanq Mayer bu yeni başlanğıc haqqında şövq ilə danışdı: "Biz cargo.one ilə bu səyahətə çıxmaqdan məmnunuq. Bu təşəbbüs innovativ həllər və mükəmməl müştəri təcrübəsi təqdim etmək öhdəliyimizlə tam şəkildə uyğunlaşan mühüm mərhələdir. İnanırıq ki, cargo.one rəqəmsal platformasının inteqrasiyası hava yük daşımalarının bronlaşdırması üçün yeni standart təyin edəcək".
"Silk Way West Airlines" şirkətinin qlobal əhatə dairəsini və cargo.one platformasının qabaqcıl texnologiyasını birləşdirərək, hava yük daşımaları sənayesi yeni rahatlıq və səmərəlilik dövrünə qədəm qoyur. Silk Way West Airlines və cargo.one mövcud və yeni müştərilərini bu platformada səbirsizliklə gözləyir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün
Şirkət "World Air Cargo Awards"ın 2021 və 2022 tədbirlərində " Information Technology for the air cargo industry ", 2023-cü ildə "'International IT Systems Provider of the Year ", UK Logistics Awards 2022 tədbirində " Air Business of the Year " və 2020-ci ildə Air Cargo News mükafatlarına layiq görülüb. cargo.one Beynəlxalq Hava Yükləri Assosiasiyası TIACA-nın üzvüdür.