"Silk Way Airlines" və "Antonov" 10 ədəd təyyarənin alınması ilə bağlı müqavilə imzalayıb

"Silk Way Airlines" və "Antonov" 10 ədəd təyyarənin alınması ilə bağlı müqavilə imzalayıb Müqavilə "Le Burje" sərgisi çərçivəsində imzalanıb
İnfrastruktur
17 İyun , 2015 17:14
Silk Way Airlines və Antonov 10 ədəd təyyarənin alınması ilə bağlı müqavilə imzalayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın "Silk Way Airlines" şirkəti və Ukraynanın "Antonov" dövlət müəssisəsi arasında 10 ədəd "An-178" tipli təyyarəsinin alınması barədə müqavilə imzalanıb.

"Report" Ukraynanın "ТСН" kanalına istinadən xəbər verir ki, müqavilə "Le Burje" sərgisi çərçivəsində imzalanıb.

İyunun 15-də Parisin şəhərətrafı rayonu olan Le Burjedə dünyada ən böyük aerokosmik salonlarından biri "Paris Air Show 2015" sərgisi açılıb. Öz ekspozisiyalarını dünyanın 50 ölkəsindən 2260 iştirakçı nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi