"Silk Way Airlines" aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib

"Silk Way Airlines" aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanıb
İnfrastruktur
463
13 Aprel , 2017 16:21
Silk Way Airlines aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın “Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib.

Şirkətdən "Report"a bildirilib ki, bu, iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı olub: "Bununla da, Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açıb. Bu reyslə Cibutiyə ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılıb. Eyni zamanda, Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 ton məhsulları göndərilib".

Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanıb. Sənədləri Azərbaycan tərəfindən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və "Air Djibuti"nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalayıblar.

Sənədlər ICAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyi, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Bundan əvvəl, fevral ayında Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Qeyd edək ki, "Silk Way Airlines" hava gəmiləri parkının genişləndirilməsi ilə Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq, Şanxay və Cibutiyə mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi