Sərnişinin halı pisləşdiyi üçün "Buta Airways"in təyyarəsi geri qayıdıb

Sərnişinin halı pisləşdiyi üçün "Buta Airways"in təyyarəsi geri qayıdıb ​Sərnişinin halı pisləşdiyi üçün təyyarə geri qayıdıb
İnfrastruktur
20 Noyabr , 2019 10:32
Sərnişinin halı pisləşdiyi üçün Buta Airwaysin təyyarəsi geri qayıdıb

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. 

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi