Sənubər Nəzərova: “İnsanlar ADY-nin sərnişindaşıma xidmətinə üstünlük verir”

Sənubər Nəzərova: “İnsanlar ADY-nin sərnişindaşıma xidmətinə üstünlük verir” Bu il “Azərbaycan Dəmir Yolları” (ADY) QSC rekord həddə sərnişin daşıyıb.
İnfrastruktur
15 Dekabr , 2023 13:57
Sənubər Nəzərova: “İnsanlar ADY-nin sərnişindaşıma xidmətinə üstünlük verir”

Bu il “Azərbaycan Dəmir Yolları” (ADY) QSC rekord həddə sərnişin daşıyıb.

Bunu “Report”a açıqlamasında ADY-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, cari ilin oktyabr ayından etibarən Abşeron dairəvi marşrutu üzrə günlük sərnişindaşıma 30 mini ötüb: “Təhlükəsizlik amili ADY-nin dəyərlər sistemində ən başda yer tutur. Bizim üçün sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması ən ümdə məsələdir. Gündəlik daşınan sərnişinlərin sayının kəskin artması onun göstəricisidir ki, insanlar getdikcə ekoloji təmiz və təhlükəsiz qatarlarla səfər etmək üçün ADY-nin sərnişindaşıma xidmətinə üstünlük verirlər”.

S.Nəzərova qeyd edib ki, məhz bunun nəticəsində Səhmdar Cəmiyyət bu ay 7 milyonuncu sərnişini daşımağa çox yaxınlaşıb: “Bu günlərdə həmin xöşbəxt sərnişin haqqında ictimaiyyətə məlumat veriləcək. Ümumilikdə 7 milyon sərnişini daşımaqla biz pandemiyadan əvvəlki statisktikanı da bir neçə dəfə üstəliyirik. Nəzərə alsaq ki, pandemiyadan əvvəl beynəlxalq və bölgələrə sərnişindaşımalar həyata keçirilirdisə bu gün biz Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə sərnişindaşımalarla əvvəlki illərin göstəricilərini xeyli geridə qoyuruq”.

ADY sözçüsü qeyd edib ki, 2023-cü ildə təmsil etdiyi qurum bir sıra yeniliklərə imza atıb: “Başa vurmaqda olduğumuz 2023-cü il ADY üçün olduqca əlamətdardır. Bu il sərnişinlərimiz üçün bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, xidmət keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq bələdçilərimiz üçün təlimlər təşkil olunur. Cəmiyyətin həssas qrupları ilə qatarlarda davranış qaydaları çərçivəsində qatar personalına təlimlər keçirilir. Qatarlarda biznes və birinici sinif sərnişinlər üçün keytrinq, o cümlədən standart sinif üçün səyyar satış xidmətləri təşkil olunur”.

S. Nəzərova həmçinin qeyd edib ki, müstəqil şirkət tərəfindən sərnişinlər arasında vaxtaşırı sorğu keçirilir və sərnişinlərin rəy və təklifləri şəffaf qaydada bizə təqdim olunur: “Bakı, Gəncə və Qəbələ vağzallarında VİP gözləmə zalları fəaliyyət göstərməyə başlayıb. Bu il Novruz bayramı ərəfəsi Bakı-Gəncə marşrutu Ağstafaya qədər uzadılıb, həmin marşrut üzrə Qovlar və Dəllər stansiyalarında sürətli qatarların dayanması üçün dayanacaq verilib”.

Son xəbərlər

Orphus sistemi