Şəkinin daha bir kəndinin içməli su təminatı yaxşılaşdırılıb

Şəkinin daha bir kəndinin içməli su təminatı yaxşılaşdırılıb Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
İnfrastruktur
2 Sentyabr , 2019 17:50
Şəkinin daha bir kəndinin içməli su təminatı yaxşılaşdırılıb

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. 

"Report"un məlumatına görə, Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və layihənin koordinatoru Gunel İbrahim açılışda çıxışları zamanı layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin əhali, ərazi və iqtisadiyyat baxımından önəmli olan Şəki rayonunda həyata keçirdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. 

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını söyləyib. 

Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, sayca on birinci layihə əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) tərəfindən icra edilib. Təxminən, üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Samux rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 50 000-ə yaxın vətəndaş təmiz içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi