Şəkidə içməli və tullantı su layihəsinin 45 %-i icra edilib

Şəkidə içməli və tullantı su layihəsinin 45 %-i icra edilib Şəki şəhərində içməli və tullantı su layihəsi üzrə hazırda 9 tikinti briqadası tərəfindən işlər aparılır və indiyədək layihənin 45 %-i yerinə yetirilib.
İnfrastruktur
15 Dekabr , 2021 16:09
Şəkidə içməli və tullantı su layihəsinin 45 %-i icra edilib

Şəki şəhərində içməli və tullantı su layihəsi üzrə hazırda 9 tikinti briqadası iş aparılır və indiyə qədər layihənin 45 %-i yerinə yetirilib.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumatda həmçinin bildirirlir ki, Şəki şəhərinin içməli su təchizatının yenidən qurulması məqsədilə Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə layihəsi çərçivəsində Kiş mənbəyində sugötürücü qurğu, magistral kəmərlər və su anbarları inşa edilib. Eyni zamanda içməli suya olan tələbatın tam ödənilməsi üçün dövlət büdcəsi hesabına Kiş çayının məcrasında 15 yeni subartezian quyusu qazılıb və quyulardan Şəki şəhərinə magistral su xətti çəkilərək şəhərə içməli suyun verilməsi təmin edilib. 2021-ci ilin Tədbirlər Planına uyğun olaraq 9 km içməli su və 8,5 km kanalizasiya şəbəkəsinin yenidən qurulması və 600 ünvanın yeni şəbəkələrə qoşulması nəzərdə tutulur.

Ümumilikdə Şəki şəhərində inşası nəzərdə tutulan 314 km su xətlərinin 230 kilometrlik, 294 km kanalizasiya kollektoru və xəttinin isə 168 kilometrlik hissələri inşa edilib. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərində tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 8 000 kubmetr olan tullantı sutəmizləyici qurğusunun tikintisi işləri də davam etdirilir. Şəki şəhərində icra olunan layihədən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 80 min sakin faydalanacaq.

Son xəbərlər

Orphus sistemi