Şəhərsalma və Tikinti Məcəlləsinin müddəlarından birinin qüvvəyə minəcəyi tarix bir il uzadılıb

Şəhərsalma və Tikinti Məcəlləsinin müddəlarından birinin qüvvəyə minəcəyi tarix bir il uzadılıb Dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb
İnfrastruktur
29 Fevral , 2016 17:03
Şəhərsalma və Tikinti Məcəlləsinin müddəlarından birinin qüvvəyə minəcəyi tarix bir il uzadılıb

Bakı. 29 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Report"un xəbərinə görə, Məcəllənin şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəaları - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir.

Mövcud sənədə əsasən, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi üçün, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa, yəni, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olması məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra  - 2016-cı il yanvarın 1-dən qüvvəyə minməli idi.

Prezidentin imzaladığı sənədə əsasən, həmin müddəa 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycanın şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi