Anar Quliyev Sabirabadda vətəndaşları qəbul edib

Anar Quliyev Sabirabadda vətəndaşları qəbul edib Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
İnfrastruktur
23 Sentyabr , 2022 17:14
Anar Quliyev Sabirabadda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report" Komitəyə istinadən xəbər verir.

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.

Son xəbərlər

Orphus sistemi