Şəhərdaxili hərəkət planının əsas prinsipləri və istiqamətləri açıqlanıb

Şəhərdaxili hərəkət planının əsas prinsipləri və istiqamətləri açıqlanıb Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”na əsasən, hərəkət planına 6 prinsip daxildir.
İnfrastruktur
24 Yanvar , 2022 18:43
Şəhərdaxili hərəkət planının əsas prinsipləri və istiqamətləri açıqlanıb

Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”na əsasən, hərəkət planına 6 prinsip daxildir.

“Report”un məlumatına görə, bunlar şəhər ərazisinin funksional zonalarına görə davamlı təhlükəsiz və rahat yol hərəkətliliyinin planlaşdırılması, dövlət orqanları (qurumları), habelə bələdiyyələr arasında bu sahədə əməkdaşlığın təmin edilməsi, layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin təkliflərinin alınması, şəhərin nəqliyyat sisteminin fasiləsiz təşkili istiqamətində gələcək fəaliyyətdə uzunmüddətli baxışın və vahid yanaşmanın müəyyən edilməsi, ümumi istifadədə olan nəqliyyatın müxtəlif növlərinin əlaqəli şəkildə inkişaf etdirilməsinin planlaşdırılması və təşkili, piyadalar üçün, o cümlədən əlilliyi olan şəxslər üçün rahat və maneəsiz infrastrukturun yaradılmasıdır.

Mobillik planının əsas istiqamətlərinə isə aşağıdakılar daxildir:

- yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkət ehtiyaclarının qarşılanması və əlçatanlığının təmin edilməsi;

- müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafının və daha yaxşı inteqrasiyasının təmin edilməsi;

- iqtisadi-işgüzar mühitin, insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin dayanıqlı inkişafının təmin edilməsi;

- nəqliyyat əməliyyatlarında səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması;

- şəhər ərazisindən, mövcud nəqliyyat infrastrukturundan və xidmətlərindən daha səmərəli istifadə edilməsi;

- nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin və enerji istehlakının azaldılmasının təmin edilməsi;

- əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması və xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasının təşviqi istiqamətində tədbirlərin həyata keçirilməsi;

- şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.), habelə velosiped nəqliyyatının inkişafı, təşviqi və əlçatanlığı istiqamətində tədbirlərin həyata keçirilməsi.

Son xəbərlər

Orphus sistemi